top of page
Rashad Abdullayev

ADY Bakı–Balakən–Bakı reysini bərpa etdi

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 3 yanvar 2025-ci il tarixindən Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişindaşımanı bərpa edib.


Bakı–Balakən–Bakı reysi üzrə ilk qatarın doluluq səviyyəsi 90 faizdən çox olub. Bu, həmin istiqamətdə sərnişindaşımaya yüksək tələbatın olduğunu göstərir.



Zaqatala stansiyası

1985-ci ildən istifadəyə verilmiş Bakı–Yevlax–Şəki–Balakən dəmir yolu xətti üzrə qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə ADY daxili imkanlarından istifadə edərək 2023-cü ilin noyabr ayından 164 km uzunluğu olan Yevlax–Balakən sahəsində genişmiqyaslı təmir işləri aparıb. Reyslərə, yoldəyişən qurğulara, 47 ədəd körpü və 37 ədəd qorunmayan keçidə baxış keçirilib. Təmir zamanı yararsız şpallar, relslər, bağlayıcılar dəyişdirilib, qüsurlu süni qurğularda, qorunmayan keçidlərdə təmir işləri görülüb, çatışmayan yol nişanları əlavə olunub. İşlər başa çatdırıldıqdan sonra qatarların hərəkət sürəti 48-dən 55 km/saata yüksəldilib. Bununla da marşrut üzrə pandemiyadan öncəki 9 saat 35 dəqiqəlik səfər müddəti hazırda 8 saat 20 dəqiqəyə endirilib. Bu istiqamətdə təkmilləşdirmə işləri davam etdiriləcək. Ümumilikdə isə şimal-qərb bölgəsinin dağlıq relyefə malik olması bu istiqamətdə sürətin daha da artırılmasına, digər istiqamətlərlə müqayisədə yüksək sürətin müəyyənləşdirilməsinə mane olur.



Qeyd edək ki, "ADY" QSC-nin Göynük, Qorağan, Əliabad, Göyəm, Zaqatala, Balakən təmir və abadlıq işləri görülüb, xidmətedici heyət yenilənib. Bundan başqa, stansiyaların ərazilərində  avtomobillərin parklanması üçün şərait yaradılıb. Təmir işləri "PRO" MMC tərəfindən həyata keçirilmişdir.

Comentarios


bottom of page