MİDA Hövsan Layihəsi
Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinin yaxınlığında inşa olunan Hövsan Yaşayış Kompleksi Bakının sürətlə inkişaf edən şərq hissəsində, Xəzər sahilindən 2 kilometr məsafədə, yaşayış və istirahət üçün olduqca rahat bir məkanda yerləşir. Kompleksin 20 hektar ərazisinin qərb hissəsində şam və zeytun ağaclarından ibarət geniş yaşıllıq zonası mövcuddur. Ərazidə yaşıllaşdırma prosesinin fəal surətdə davam etdirilməsi üzrə planlar Hövsan Yaşayış Kompleksinin sakinlərinin ekoloji cəhətdən təmiz və sağlam mühitdə yaşayışı üçün zəmin yaradır.
2017-ci ilin dekabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə Kompleksdə ilk yeddimərtəbəli binanın təməli qoyulub.
PRO Construction olaraq yerinə yetirilən layihələrin icrasında bizim də imzamız vardır. Belə ki, kompleksdə yerləşən 1 saylı bina 7 mərtəbədən ibarət 156 mənzilli binanın tikintisində, 10 və 11 saylı və 14 saylı uşaa baxçasının tikintisin həyata keçirərək təhvil verilmişdir.
Bank sektoru
PRO Construction fəaliyyət göstərdiyi dövr ərzində bir sıra bank binalarının cari və əsaslı tikintisi işlərində iştirak etmişdir. Bir sıra rayon filiallarının və Bakı şəhərində yerləşən filialların tikintisi yüksək peşəkarlıqla tikinti-təmir aparılaraq tərəfimizdən təhvil verilmişdir.
Bank sektorunun bu və ya digər formada daha məsuliyyətli bir qurum olmasını nəzərə alaraq gördüyümüz işlərin keyfiyyəti Mərkəzi Bank tərəfindən yüksək qiymətləndirilmiş və işimizin keyfiyyətli olmasını qabarıq şəkildə biruzə verilmişdir.
PRO Construction hal-hazırki vəziyyətdə bir sıra filialların əsaslı və cari təmirin yüksək peşəkarlıqla həyata keçirməkdədir.
Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi
Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını sosial siyasətin əsas prioritetlərindən elan edərək, bu sahədə genişmiqyaslı tədbirlər həyata keçirib. İndiyədək on minlərlə məcburi köçkün ailəsi onlar üçün salınmış qəsəbə və yaşayış komplekslərində ev və ya mənzillə təmin olunub. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlarımıza daim xüsusi diqqət və qayğı göstərir, onların yaşayış, təhsil, səhiyyə və digər məsələlərlə bağlı problemlərini həll edir.
"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na Аzərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2007-ci il tarixli 2475 nömrəli Sərəncamı ilə təsdiqlənmiş əlavələrin icrası ilə əlaqədar olaraq Nazirlər Kabinentinin 2008-ci il 7 may tarixli 163s №li Sərancamı ilə təsdiq edilmiş "Tədbirlər Planın"a əsasən, Füzuli rayonu ərazisində müvəqqəti məskunlaşmış 95 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan müasir tipli yeni yaşayış qəsəbəsi salınıb.
Tikinti mərhələsində PRO Construction olaraq iştirak edib və kompleksdə yerləşən 45 evin təhvil-təslimin yüksək keyfiyyətdə həyata keçirilmişdir.
Biz Kimik ?
Bizim şirkətimiz haqqında
"PRO" MMC yaşayış və qeyri yaşayış binalarının təmir-tikintisi üzrə ixtisaslaşmış özəl müəssədir. Müəsisə 2014-cü ildən fəaliyyət göstərsədə "PRO" MMC olaraq yeni adla qeydiyyatdan keçib və fəaliyyətin davam etdirməkdədir.
2014
Yaranma İli
55
Tamamlanan Layihələr
95
Peşəkar işçilər
15
Biznes Tərəfdaşları
Ticarət
tikintisi
Yaşayış
tikintisi
PRO
tikinti
Xüsusi idarəetmə
Xüsusi
Layihələr
İnfrastruktur
tikintisi
Peşəkar
Mühəndislər
Peşəkar
Komanda
Biz nə edirik ?
Bizim Lahiyələr
Göstərilən hər bir lahiyə yüksək peşəkar komanda ilə tam zəmanətli və yükək peşəkarlıqla həyata keçirilmişdir.
Bizim Tərəfdaşlar
Hər bir tərəfdaşımıza göstərdiyimiz xidmətlə uzunmüddətli tərəfdaş rolu oynayırıq